
Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff
martın 10-na planlaşdırılan İsrail səfərinin təxirə salınmasından
sonra bildirib ki, o və ABŞ prezidentinin kürəkəni Cared Kuşner
gələn həftə yəhudi dövlətinə səfər edə bilərlər.
Trend xəbər verir ki, Uitkoff
bu fikirləri CNBC-yə verdiyi müsahibə zamanı səsləndirib.
“Böyük ehtimalla bu səfər gələn həftə baş tutacaq. Lakin hələ
tam əmin deyilik”, – deyə o vurğulayıb.

