“Real Madrid” “Mançester Sii”yə qalib gəlib – Çempionlar Liqası

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına
yekun vurulub.

Trend xəbər verir ki, günün
ilk matçı Almaniyada “Bayer” və İngiltərənin “Arsenal” komandaları
arasında keçirilib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə
yekunlaşıb.




Digər üç görüşdə Norveçin “Budyo Qlimt” klubu evdə Portuqaliya
“Sportinq”ini, İspaniya “Real Madrid”i İngiltərənin “Mançester
Siti” kollektivini 3 cavabsız qolla üstələyib. Fransanın PSJ
komandası isə evdə İngiltərənin “Çelsi” kollektivini 5:2 hesabı ilə
məğlub edib.

Qeyd edək ki, ötən gün baş tutan matçlarda Türkiyə
“Qalatasaray”ı evdə İngiltərə “Liverpul”unu 1:0, Almaniya
“Bavariya”sı İtaliyada “Atalaznta”nı 6:1, İspaniya “Atletiko”su
doğma meydanda İngiltərə “Tottenhem”ni 5:2 hesabı ilə məğlub edib.
“Nyukasl” (İspaniya) – “Barselona” (İspaniya) matçında isə qalib
müəyyənləşməyib – 1:1.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir