
Bakı. Trend:
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycan
Respublikasına rəsmi səfəri martın 12-də başa çatıb.
Trend xəbər verir ki,
Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının
dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın
şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanı Baş nazirin
müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Yalçın
Rəfiyev və digər rəsmi şəxslər yola saldılar.

