
Bakı.Trend:
İran İsrailə ballistik raketlərlə hücum edir.
Trend “Times of
Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə
Qüvvələrinin Daxili Cəbhə Kommandanlığı məlumat yayıb.
Əhalinin təhlükəsizliyi məqsədilə İsrailin şimalındakı yaşayış
məntəqələrində həyəcan təbilləri çalınır. IDF bildirir ki, ölkənin
hava hücumlarından müdafiə sistemləri ballistik raketləri
zərərsizləşdirməyə çalışır.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə İranın nüvə proqramı ilə
bağlı ABŞ–İran danışıqlarının üçüncü raundu keçirilsə də, razılaşma
əldə olunmayıb.
Fevralın 28-də ABŞ və İsrail İranın hərbi obyektlərinə
genişmiqyaslı zərbələr endirib. Hücumlar nəticəsində İranın Ali
Lideri Ayətullah Seyid Əli Xamenei və bir sıra yüksək rütbəli
hərbi-siyasi şəxslər həlak olub. İran isə buna cavab olaraq İsrailə
və regiondakı ABŞ bazalarına raket və dron hücumları həyata
keçirib.
Sonrakı günlərdə qarşıdurma genişlənib. ABŞ Hind okeanında
İranın “IRIS Dena” freqatını batırıb, martın 8-də isə Seyid Muctaba
Xamenei İranın üçüncü Ali Lideri seçilib. Münaqişə regionda
təhlükəsizliyi və enerji bazarını ciddi risk altına salıb.

