Bütün sosial ödənişlər qrafikdən əvvəl yekunlaşdırılacaq – Bu tarixdə

Baş səhifə

Bakı. Trend:

Bütün sosial ödənişlər martın 13-də qrafikdən əvvəl
yekunlaşdırılacaq.

Trend xəbər verir ki, bu
barədə DSMF məlumat yayıb.

Bildirilir ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan
gələn bayramlarla əlaqədar olaraq bütün müavinət, təqaüd,
kompensasiya və ünvanlı dövlət sosial yardımların qrafikdən əvvəl –
martın 13-də ödənilməsi nəzərdə tutulub.




Beləliklə, respublika üzrə bütün sosial ödənişlər qrafikdən
əvvəl yekunlaşdırılmış olacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir