ABŞ İrana aid 3 təyyarəni məhv edib (VİDEO)

Baş səhifə

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) 3 İran
hərbi təyyarəsinin məhv edilməsinin görüntülərini.

Trend xəbər verir
ki, bu barədə CENTCOM-un rəsmi “X” səhifəsində video
paylaşılıb.

Görüntüdə statik vəziyyətdə olan hədəflərin lazerli tuşlama
metodu ilə raket zərbəsi ilə məhv edildiyini görmək olur.

KİV yazır ki, məhv edilən təyyarələrin İranın hərbi arsenalında
olan ABŞ və Rusiya istehsalı olan C-130 Hercules və İl76 nəqliyyat
təyyarələri, eləcə də ABŞ istehsalı olan “P-3 Orion” kəşfiyyat
təyyarəsidir. Kadrlardakı zərbələrin İranın Cənub-Şərqində yerləşən
Kerman aerodromuna endirildiyi ehtimal olunur.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.




İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir