BƏƏ sahillərində konteyner gəmisinə hücum olub

Baş səhifə

Bakı.Trend:

Birləşmiş Ərəb Əmirliyinin sahilləri yaxınlığında konteyner
daşıyan gəmi hücuma məruz qalıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Birləşmiş Ərəb Əmirliyinin Cəbəl Əli şəhərindən 35 dəniz mili
şimalda gəmiyə naməlum mərmi dəyib və nəticədə göyərtədə kiçik
yanğın meydana gəlib.

Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Agentliyi (UKMTO)
bütün heyət üzvlərinin sağ-salamat olduğu bildirib. Ətraf-mühitə
hər hansı ziyanın dəyməsi ilə bağlı məlumat daxil olmayıb.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı
danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan
etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna
cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin
region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum
edib.




İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri
Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər
ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah
Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali
Lideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz
nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında
təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri
kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə
çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir