Orta Dəhliz beynəlxalq ticarət sisteminin dayanıqlılığının mühüm elementidir – Binəli Yıldırım

Baş səhifə

Bakı. Trend:

Orta Dəhliz beynəlxalq ticarət sisteminin dayanıqlılığının mühüm
elementidir.

Trend xəbər verir
ki, bu barədə bu gün Türk Dövlətləri Təşkilatının Ağsaqqallar
Şurasının sədri Binəli Yıldırım “Keçid dövründə olan dünyada fikir
ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII
Qlobal Bakı Forumunun açılış mərasimində bildirib.

“Son qlobal hadisələr alternativ marşrutların əhəmiyyətini bir
daha vurğuladı. Rusiya‑Ukrayna müharibəsi Avrasiya boyunca uzanan
ənənəvi nəqliyyat marşrutlarına ciddi təsir göstərib. Eyni zamanda
Yaxın Şərqdə, o cümlədən İran, ABŞ və İsrail arasında qarşıdurmanın
da daxil olduğu gərginlik qlobal enerji bazarında və beynəlxalq
ticarətdə qeyri-müəyyənlik yaratmaqda davam edir.




Bu hadisələr bizə geosiyasi gərginliyin artdığı şəraitdə qlobal
təchizat zəncirlərinin nə dərəcədə həssas olduğunu xatırladır. Belə
bir kontekstdə şaxələndirilmiş və etibarlı nəqliyyat dəhlizləri
regional və qlobal iqtisadi sabitlik üçün xüsusi əhəmiyyət kəsb
edir. Beləliklə, Orta Dəhliz yalnız iqtisadi imkan deyil, həm də
beynəlxalq ticarət sisteminin dayanıqlılığının mühüm elementidir”,
– o bildirib.

B. Yıldırım qeyd edib ki, Orta Dəhliz Asiya ilə Avropa arasında
daha sürətli və şaxələndirilmiş marşrutlar təklif edir, eyni
zamanda dəhliz boyunca yerləşən ölkələr arasında iqtisadi
əməkdaşlığı gücləndirir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir