Azərbaycan iqtisadiyyatı böyüyüb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar-fevral aylarında ölkədə 18 milyard 473,1
milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3
faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.




Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər
1,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,4 faiz artıb.

ÜDM istehsalının 32,7 faizi sənaye, 11,4 faizi ticarət;
nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar
təsərrüfatı, 3,9 faizi tikinti, 3,2 faizi kənd təsərrüfatı, meşə
təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və
ictimai iaşə, 2,1 faizi informasiya və rabitə sahələrinin, 24,1
faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis
vergilər ÜDM-in 12,3 faizini təşkil edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir