Şarl Mişel: Avropa təchizat zəncirlərini şaxələndirməlidir

Baş səhifə

Avropa İttifaqı (Aİ) qlobal iqtisadi riskləri azaltmaq üçün təchizat zəncirlərini şaxələndirməlidir.

APA-Economics” xəbər verir ki, bunu Avropa Şurasının sabiq prezidenti və Belçikanın keçmiş baş naziri Şarl Mişel Qlobal Bakı Forumunda panel müzakirəsi zamanı deyib.

O bildirib ki, qlobal iqtisadi mühit sürətlə dəyişir və Avropa yeni reallıqlara uyğun iqtisadi strategiya formalaşdırmalıdır.

Ş. Mişelin sözlərinə görə, Avropanın Rusiya enerji resurslarından və Çin təchizat zəncirlərindən asılı olduğu dövr artıq başa çatır.

“Biz təchizat zəncirlərimizi şaxələndirməliyik. Rusiya fosil yanacaqlarından və Çin istehsal zəncirlərindən asılı olduğumuz dövr artıq geridə qalır”, – deyə o qeyd edib.

Sabiq Avropa Şurası prezidenti əlavə edib ki, Avropa İttifaqı rəqabət qabiliyyətini artırmaq üçün iqtisadi əsaslarını gücləndirməli və tənzimləmə siyasətini daha səmərəli qurmalıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir