Bakıda binanın təmirinə 9 milyon ayrıldı

Baş səhifə

“Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsi Bakı şəhərində irimiqyaslı təmir-tikinti layihəsinə start verir.

Modern.az xəbər verir ki, qurum tərəfindən elan edilən satınalma müsabiqəsinə əsasən, 1 saylı Bakı Ərazi İdarəsinin Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 40 ünvanında yerləşən inzibati binasında əsaslı təmir və yenidənqurma işləri aparılacaq.

Sözügedən infrastruktur layihəsinin icrası üçün 8 milyon 938 min 796 manat məbləğində vəsaitin ayrılması proqnozlaşdırılır.

Layihə çərçivəsində binanın müasir standartlara uyğunlaşdırılması, torpağın hazırlanması və strukturun yenidən qurulması nəzərdə tutulub. 

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir