
Ötən ay 5875 əcnəbi Azərbaycanda müvəqqəti yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət edib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevral ayında DMX-yə daimi yaşama icazəsinin alınması (uzadılması) ilə bağlı 481 müraciət daxil olub.
Eyni zamanda müvafiq dövr ərzində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün işəgötürənlər tərəfindən iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı 849 müraciət daxil olub.
Bundan başqa, dövlət qurumu 2026-cı ilin fevral ayında miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 1572 qərar qəbul edib.

