BEA qlobal neft tələbatı proqnozunu azaldıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin mart və aprel ayları üçün qlobal neft tələbatı artımı
proqnozu orta hesabla gündəlik 1 milyon bareldən çox azaldılıb,
2026-cı il üzrə proqnoz isə gündəlik 210 min barel azaldılaraq
gündəlik 640 min barel səviyyəsinə endirilib.

Trend xəbər
verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA)
hesabatında bildirilib.




Məlumatda vurğulanıb ki, istehlakçı ölkələrin müvəqqəti təchizat
itkilərini kompensasiya etmək üçün əhəmiyyətli neft ehtiyatları
mövcuddur: “Qlobal ehtiyatların ümumi həcmi hazırda 8,2 milyard
bareldən çoxdur, bu da 2021-ci ilin fevralından bəri ən yüksək
səviyyədir. Bu ehtiyatların təxminən yarısı İqtisadi Əməkdaşlıq və
İnkişaf Təşkilatı (OECD) ölkələrindədir. Onlardan 1,25 milyard
barel hökumətlərin fövqəladə ehtiyatları, əlavə 600 milyon barel
isə dövlət öhdəlikləri çərçivəsində saxlanılan sənaye
ehtiyatlarıdır”.

“Qlobal neft bazarı Yaxın Şərqdəki müharibənin nəticələri ilə
üzləşir. Regionda enerji infrastrukturuna birbaşa ziyan
vurulmasından əlavə, böhran Hörmüz boğazından tanker hərəkətinin,
demək olar ki, tam dayanmasına səbəb olub. Hazırda təxminən
gündəlik 20 milyon barel həcmində xam neft və məhsul ixracı pozulub
və dünyanın ən vacib neft tranzit boğazını alternativ marşrutlarla
əvəz etmək üçün imkanlar məhduddur. Bu vəziyyət həm istehsalçılara,
həm də istehlakçılara ciddi təsir edir. Müharibə başlayandan bəri
benchmark neft qiymətləri 20 dollar/barel artaraq 92 dollar/barel
səviyyəsinə çatıb və məhsul bazarlarında artım daha da böyük olub”,
– hesabatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir