
Bakı.Trend:
Sosial şəbəkələrdə əxlaq normaları ilə bir araya sığmayan
informasiyaların yayımına qarşı polis əməkdaşları tərəfindən
profilaktik tədbirlər davam etdirilir.
Trend-in
məlumatına görə, tədbirlərlə “TikTok” sosial şəbəkəsində canlı
yayım zamanı təhqiramiz ifadələr səsləndirən Əliqismət Nəzərov
saxlanılıb.
Onun barəsində internet informasiya ehtiyatlarında və ya
informasiya-telekommunikasiya şəbəkələrində yayılması qadağan
edilən informasiyanın yerləşdirilməsinə yol verdiyinə görə protokol
tərtib olunub.
Müvafiq qərarla Ə.Nəzərov inzibati qaydada həbs olunub.

