Bakı. Trend:
“Anglo Asian Mining” şirkətinin Azərbaycandakı mədənləri mühüm
istehsal mərhələsinə çatıb — 2009-cu ildə fəaliyyətə başladığı
vaxtdan bəri bir milyon unsiyadan çox qızıl ekvivalenti hasil
edilib.
Trend bu barədə
şirkətə istinadən məlumat verir.
Şirkət qızıl və gümüş hasilatına Gədəbəy yatağının açıq
mədənində başlayıb. 2025-ci ildə genişlənmə strategiyası
çərçivəsində “Anglo Asian Mining” çoxaktivli istehsalçıya
çevrilərək “Gilar” yeraltı mis-qızıl mədənini və Dəmirli mis
karxanasını istismara verib.
Bu dəyişikliklərdən sonra şirkət təsdiqləyib ki, 2026-cı ilin
yanvar ayının sonuna olan məlumata görə, fəaliyyətə başladığı
vaxtdan ümumi istehsal həcmi bir milyon unsiyanı aşan qızıl
ekvivalentinə çatıb. Bunun tərkibinə təxminən 851 min unsiya qızıl,
1,9 milyon unsiya gümüş və 30 min tondan çox mis daxildir.
Şirkət fevral ayında bildirmişdi ki, 2026-cı il dönüş nöqtəsi
ola bilər: 2025-ci ildə istismara verilmiş Gilar və Dəmirli
mədənlərində hasilatın artması hesabına mis istehsalının üç dəfə
artacağı gözlənilir.
“Bizim üçün bu mərhələyə – bir milyon unsiyadan artıq qızıl
ekvivalenti hasilatına – çatmağımızı qeyd etmək vacibdir. Son
illərdə istehsal imkanlarımız xeyli genişlənib, ötən il çoxaktivli
modelə keçid isə şirkətin inkişafında mühüm mərhələ olub. İstehsal
güclərimizin davamlı inkişafı sayəsində mümkün olmuş bu mühüm
nəticə münasibətilə bütün komandamızı təbrik edirəm”, – deyə “Anglo
Asian Mining” şirkətinin vitse-prezidenti Stiven Vesthed
bildirib.