
Bakı. Trend:
Kilsələrdə keçirilən dini ayinlər zamanı “Artsax”ın
xatırladılması müharibəyə çağırışdır və bu, Azərbaycanla sülh
prosesinə mane olur.
Trend Ermənistan
KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol
Paşinyan brifinq zamanı jurnalistlərə deyib.
Paşinyan xatırladıb ki, Azərbaycanla müharibə başa çatıb və buna
görə də artıq heç bir “Qarabağ hərəkatı” mövcud deyil. Onun
sözlərinə görə, istənilən tribunadan “Artsax Respublikası” adının
çəkilməsi “müharibəyə aparan yol” deməkdir.
“Yaxşı, biz başa düşürük, gəlin hamımız “Artsax Respublikasına”
istinad etməyə başlayaq, bu nə deməkdir? Bu, münaqişə deməkdir.
Belə hər bir ifadə müharibəyə çağırış deməkdir: bu gün, sabah,
birisi gün, ondan sonrakı gün – bilmirəm, amma bu, müharibəyə
çağırış deməkdir”, — deyə Ermənistanın baş naziri qeyd edib.

