
Bakı. Trend:
İranın Ali Lideri olmaq çox ağır məsuliyyətli vəzifədir.
Trend-in
məlumatına görə, bunu İranın Ali Lideri Müctəba Xamenei İran
vətəndaşlarına müraciətində bildirib.
Onun sözlərinə görə, İran İslam İnqilabının banisi Ayətullah
Seyid Ruhulla Xomeyni və İslam İnqilabının Ali Lideri Ayətullah
Seyid Əli Xameneinin olduğu bu ağır məsuliyyətli vəzifədə olmaq
çətin işdir.
Xamenei qeyd edib ki, çünki bu vəzifə 60 ildən çox ömrünü
çətinliklər qarşısında dayanan və ölkənin tarixi hökmdarlarından
birinə çevrilən şəxsiyyətin daşıdığı vəzifədir.
“Mən onun cəsədini ziyarət etməyə nail olmuşam. Onun sağlam
əlinin yumruq olduğunu eşitdim. Ekspertlər Məclisinin səsvermə ilə
bağlı qərarı haqda İran televiziyası vasitəsi ilə məlumat almışam”,
– deyə o bildirib.

