“Fənərbaxça”nın yarımmüdafiəçisi Braziliya klubuna keçə bilər

Baş səhifə

Bakı. Trend:

“Fənərbaxça”nın futbolçusu Fred karyerasını ölkəsində davam
etdirə bilər.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Atletiko Mineyro” braziliyalı
yarımmüdafiəçini transfer etmək istəyir.




İstanbul nəhəngi Fredi satmağın əleyhinə deyil. Türkiyə klubu 33
yaşlı oyunçu üçün 12 milyon avro tələb edir.

Qeyd edək ki, “Fənərbaxça” Fredi 2023-cü ilin yayında “Mançester
Yunayted”dən transfer edib. Braziliya millisinin sabiq üzvü Super
Liqa təmsilçisinin heyətində meydana çıxdığı 117 rəsmi matçda 15
qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir