Mingəçevirdə mənzildə qadın meyiti tapılıb

Baş səhifə

Mingəçevir. Trend:

Mingəçevir şəhərində yerləşən mənzillərdən birində qadın meyiti
aşkarlanıb.

Trend-in yerli
müxbirinin məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov
küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb. Belə
ki, mənzillərin birində 1963-cü il təvəllüdlü şəhər sakini Rayət
Göyüşovanın meyiti aşkar edilib.




İlkin baxış zamanı meyitin üzərində hər hansı zorakılıq izlərinə
rast gəlinmədiyi bildirilib. Qadının ölüm səbəbi hələlik məlum
deyil.

Hadisə ilə bağlı araşdırma aparılır. Ölümün dəqiq səbəbi
məhkəmə-tibbi ekspertizasının rəyindən sonra müəyyən olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir