
Bakı. Trend:
Yaxın Şərqdə davam edən eskalasiyalar fonunda Fransa Prezidenti
Emmanuel Makron İraqın Ərbil şəhərində bir fransız hərbi
qulluqçunun dron hücumu nəticəsində həlak olduğunu bildirib.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
“7-ci Alp atıcıları batalyonunun baş çavuşu Arno Frion İraqın
Ərbil bölgəsinə edilən hücum zamanı Fransa uğrunda həlak olub”, –
Fransa lideri “X” sosial şəbəkəsində yazıb.
Makron hücum nəticəsində bir neçə hərbçinin yaralandığını da
təsdiqləyib.
Daha əvvəl KİV dron hücumunun kürd dəstələri və Fransa
qüvvələrinin birgə yerləşdiyi bazaya edildiyini barədə
yazmışdı.

