Yeni reytinq və UNEC-in yeni uğuru (FOTO)

Baş səhifə

Bakı. Trend:

SCImago reytinqi 2026-cı il üçün nəticələrini açıqlayıb.

SCImago
Institutions
Rankings universitetlərin, tədqiqat
institutlarının və digər elmi təşkilatların elmi fəaliyyətini
(50%), innovasiya gücünü (30%) və ictimai təsirini (20) ölçən
beynəlxalq reytinq və analitik sistemdir.

Reytinqdə 5491 ali təhsil müəssisəsi olmaqla, ümumilikdə 10827
müəssisə iştirak edib.




Azərbaycanın 10 universiteti bu reytinqdə yer alıb. İlk dəfə
2009-cu ildə cəmi 2 müəssisə ilə SCImagoda iştirak edən Azərbaycan
2026-cı ildə artıq 13 müəssisə ilə təmsil olunub.

UNEC SCImago 2026 reytinqinə görə Azərbaycanda birincidir.

Ümumilikdə 6 elmi istiqamət üzrə mövqeyini yaxşılaşdıran UNEC
“İqtisadiyyat, Ekonometrika və Maliyyə”, “Biznes, Menecment və
Mühasibat uçotu”, “Sosial elmlər”, “Enerji”, “Kompüter elmləri”,
“Mühəndislik”, eləcə də “İncəsənət və Humanitar elmlər”
istiqamətləri üzrə Azərbaycanda liderdir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir