Xaçmaz rayonunun turizm bölgələrinin investisiya xəritəsi hazırlanacaq

Baş səhifə

Bakı.Trend

Ölkədə turizmlə bağlı investisiya imkanlarının təbliği məqsədilə
Dövlət Turizm Agentliyi tərəfindən Turizm İnvestisiya Kataloqunun
hazırlanması işləri aparılır. Kataloqda Xızı-Xaçmaz Turizm və
Rekreasiya Zonasına daxil olan Xızı, Siyəzən, Xaçmaz və Şabran
rayonlarında müxtəlif turizm layihələrinin təşviqi nəzərdə
tutulub.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti
haqqında hesabatında öz əksini tapıb.

Hesabatda qeyd edilir ki, həmçinin təbii və mədəni turizm
potensialından istifadə etməklə turizmin inkişafının təmin olunması
məqsədilə Xaçmaz rayonunun Turizm İnkişaf Konsepsiyası
hazırlanıb.




Eyni zamanda, bölgələrdə turizm cəlbediciliyinin daha da
artırılması istiqamətində “Azərbaycan Respublikasının 2022-2026-cı
illərdə sosial-iqtisadi inkişaf strategiyası”nın müvafiq bəndinə
əsasən, Agentlik tərəfindən “Turistik kand layihəsi icra olunur.
Layihə çərçivəsində turizm potensialı yüksək olan Qubanın Qrız,
Lerikin Bibiyanı, İsmayıllının İvanovka, Qəbələnin Duruca, Qusarın
Laza, Qaxın İlisu və Sarıbaş kəndləri seçilib. Layihənin məqsədi bu
kəndlərdə dayanıqlı turizmin inkişafı, yerli icmaların iqtisadi
aktivliyinin artırılması və müasir turizm infrastrukturunun
yaradılmasıdır. Hazırda Laza, İlisu və Sarıbaş kəndlərində,
infrastrukturun layihələndirilməsi yekunlaşdırılıb. Laza kəndində
tikinti işlərinə başlanılma mərhələsindədir. Digər dörd kənd üzrə
layihələndirmə prosesi davam edir.

Ölkəmizin turizm potensialı nəzərə alınaraq AZPROMO tərəfindən
bir sıra rayon və şəhərdə turizm üçün investisiyaya cəlbedici olan
layihələr hazırlanaraq xarici investorlara təqdim edilən
investisiya kataloquna əlavə edilib.

Xaçmaz rayonunun turizm bölgələrinin investisiya xəritəsinin
hazırlanması 2027-ci il üçün nəzərdə tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir