
Bakı. Trend:
Magistratura səviyyəsində faktiki tələbə qəbulu üzrə son 5 ildə
artım müşahidə olunub.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti
haqqında hesabatında öz əksini tapıb.
Hesabata görə,2021-2022-ci tədris ilində 10.5 min nəfər olan
faktiki qəbul 2025-2026-cı tədris ilində 14.3 min nəfərə çatıb. Bu
da 3.8 min nəfər, yəni 37 faiz artım deməkdir.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün magistraturaya tələbə
qəbulu 17.5 min nəfər olub.Tədris ilində çagistratura səviyyəsi
üzrə 14.3 min nəfər ali təhsil müəssisələrinə qəbul olub və qəbul
planı81.7 faiz dolub. Tələbələrdən 7.1 min nəfəri (40.4 faiz)
dövlət sifarişli təhsil almaq hüququ qazanıb.

