
Bakı. Trend:
Ötən il elmi müəssisə və təçkilatlar tərəfindən dəyəri 230
milyon manatdan çox işlər yerinə yetirilib. Onun təxminən 98
faizini elmi-texniki işlər təşkil edib.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti
haqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, əvvəllki illə müqayisədəfundamental və tətbiqi
tədqiqatların dəyəri 6.2 faiz, son 10 ildə isə 2.4 dəfə
artıb.Tədqiqat işlərinə çəkilmiş daxili xərclər əvvəlki illə
müqayisədə 2.1 dəfə artaraq 262.5 milyon manat təşkil edib.
Fundamental və tətbiqi tədqiqatlara çəkilmiş cari xərclərib 35.3
faizi təbiət elmləri, 32.9 faizi humanitar və ictimai elmlər, 18.3
faizi texnika elmləri, 7.6 faizi tibb elmləri, 5.9 faizi isə aqrar
elmlər sahəsinə sərf edilib.

