Ötən il Azərbaycanda bu xəstəliklər azalıb

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə respublika əhalisi arasında 2024-cü illə nisbətən
kəskin bağırsaq infeksiyalarının yayılma səviyyəsi 6,4% (8,7 min
hadisəyə qarşı 8,1 min hadisə), o cümlədən törədicisi müəyyən
olunmuş enteritlərin yayılma səviyyəsi 1,9 dəfə (2,7 min hadisəyə
qarşı 1,5 min hadisə) azalıb.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti
haqqında hesabatında öz əksini tapıb.




Hesabata görə, viruslu hepatitlərlə ümumi xəstələnmə göstəricisi
də əvvəlki illə müqayisədə 4,9 dəfə (630 hadisəyə qarşı 128
hadisə), o cümlədən Hepatit A ilə xəstələnmə 32 dəfə (444 hadisəyə
qarşı 14 hadisə), Hepatit C ilə xəstələnmə 2,8 dəfə (138 hadisəyə
qarşı 50 hadisə) azalıb ki, bu da həkimə müraciətlərin sayının
azalması, erkən diaqnostika və ya aşkar edilmiş xəstələr barədə
məlumatların ötürülməsindən irəli gəlir.

Respublika üzrə 2025-ci il ərzində 19 qarayara hadisəsi qeydə
alınıb və bu da 2024-cü illə müqayisədə 3 hadisə azdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir