
Bakı. Trend:
2040-cı ilədək Bakıda əlavə 142 mindən çox mənzilə tələbat
yaranacaq.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti
haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair
Baş planı”na əsasən 2040-cı ilədək adambaşına düşən ümumi mənzil
sahəsinin 20,8 m2-dən 25
m2-dək artırılması nəzərdə tutulur.
Əhali proqnozları əsasında aparılmış hesablamalara görə 2040-cı
ilədək Bakıda təqribən əlavə 142,82 min mənzilə
tələbat yaranacaq.
Əhalinin mənzil tələbatının ödənilməsi üçün inşa olunacaq bina
və evlər üçün təqribən 9 min hektar sahə nəzərdə
tutulur ki, burada da təqribən 200 min mənzilin
inşası mümkün olacaq.
Bu isə 2027-ci ilədək yaranacaq 49 970 mənzilə
və 2040-cı ilədək yaranacaq 92 850 mənzilə bərabər
tələbatın ödənilməsi üçün kifayət edəcək.
2023-cü ildə Bakı şəhərində 6 443
(481,6 min m2) mənzilin, 2024-cü ildə
11 min mənzilin (933,6 min
m2), 2025-ci ildə isə 9 711
mənzilin (870,8 min m2) istismarına
icazə verilib.
Yaşayış binalarının tikintisinə icazələr təsdiq edilmiş ərazi
planlaşdırma sənədləri (şəhərsalma əsaslandırılmaları) əsasında
verilir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Bakı
şəhərinin baş planına uyğun olaraq mütəmadi olaraq mənzil tikintisi
layihələri üzrə planlaşdırma işləri təsdiq edilir və sonradan bu
planlaşdırma sənədləri əsasında hazırlanmış tikinti layihələrinə
tikintiyə icazələr verilir.
Komitə tərəfindən mənzil tikinti layihələri ilə bağlı təsdiq
edilmiş ərazi planlaşdırılması sənədlərinə əsasən mənzil fondunun
ümumi həcmi 2023-cü il üzrə 1745,47 min m²,
2024-cü il üzrə 1632,37 min m², 2025-ci il üzrə
isə 1760,99 min m² təşkil edib.

