
Bakı. Trend:
2025-ci il ərzində 76,1 min aztəminatlı ailənin
336 min ailə üzvünə Ünvanlı Dövlət Sosial
Yardımının (ÜDSY) ödənişi təmin olunub, bir ailəyə düşən sosial
yardımın orta aylıq məbləği isə 422,4 manat təşkil
edib.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti
haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, 2025-ci ildə 471,1 min nəfərə və
ya ölkə əhalisinin 4,6 %-nə aylıq, 58
min nəfərə və ya ölkə əhalisinin 0,6 %-nə
birdəfəlik olmaqla, ümumilikdə 529 min nəfərə və
ya ölkə əhalisinin 5,2 %-nə sosial müavinət,
406,6 min nəfərə və ya ölkə əhalisinin 4,0
%-nə isə Azərbaycan Respublikası Prezidentinin təqaüdü
ödənilib.
Hesabat dövründə əhaliyə sosial xidmətlərin proaktiv qaydada
göstərilməsi tədbirləri davam etdirilmiş, 2025-ci ildə ümumilikdə
157,8 min nəfərə elektron qaydada sosial müavinət
və Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.

