
Bakı. Trend:
2025-ci ci ildə ilkin mərhələdə salınması nəzərdə tutulmuş
yaşayış məntəqələri (Ağdam, Ağdərə, Füzuli, Xocavənd, Xocalı, Şuşa,
Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Kəlbəcər rayonları) üzrə
respublikanın 63 şəhər və rayonu ərazisində məskunlaşmış
55,6 min nəfərdən ibarət 17,8 min
məcburi köçkün ailəsi arasında geri dönüşə dair sorğular həyata
keçirilib.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti
haqqında hesabatında öz əksini tapıb.
Bildirilib ki, hesabat dövrü ərzində Şərqi Zəngəzur və Qarabağ
iqtisadi rayonlarında yenidən qurulmuş və ya bərpa edilmiş yaşayış
məntəqələrinə 3 893 ailənin (15
781 nəfər) köçürülməsi təmin edilib.
Bundan əlavə, dövlət ehtiyaclarının qarşılanması və digər
yaranmış zərurətlərlə əlaqədar, eləcə də şəxsi müraciətlər əsasında
477 ailə (1 765 nəfər)
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
balansında olan mövcud qəsəbə və yaşayış komplekslərində üzrsüz
səbəblərdən yaşayış olmayan və ya işğaldan azad olunmuş ərazilərə
köçlə bağlı təhvil alınmış evler hesabına yaşayış sahəsi ilə təmin
edilib.
2025-ci il ərzində işğaldan azad olunmuş ərazilərə köçürülmüş
sakinlər də daxil olmaqla cəmi 4 370 məcburi
köçkün ailəsi (17 546 nəfər) mənzillə (evlə) təmin
olunub.

