Ötən il 16,6 min şəxsə məcburi köçkün vəsiqəsi verilib

Baş səhifə

Bakı. Trend:

2025/2026-cı tədris ilində dövlət ali və orta ixtisas təhsil
müəssisələrinə ödənişli əsaslarla yeni qəbul olmuş və təhsil
xərcləri dövlət tərəfindən qarşılanan məcburi köçkün statuslu
tələbələrin sayı ümumilikdə 3 923 nəfər təşkil
edib.

Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti
haqqında hesabatında öz əksini tapıb.




Bildirilib ki, hesabat dövrü ərzində 16,6 min
məcburi köçkünə özündə müxtəlif güzəşt və imtiyazları ehtiva edən
yeni status sənədi (məcburi köçkün vəsiqəsi) verilib.

Aztəminatlı məcburi köçkün ailələrinə il ərzində 18
min
ədəd yataq desti, 15,6 min dəst şərf
və əlcək, onların övladlarına müəyyən yaş qrupları üzrə 9
min
ədəd önü bağlanan məktəbli jaket, 8
min
dəst məktəbli forması, 8,9 min ədəd
isə üst qış geyimi paylanılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir