
Bakı. Trend:
Qazax rayonunun 30 il Ermənistanın işğalı altında olan Bağanıs
Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə Dövlət
Komissiyasının razılaşması əsasında Azərbaycana geri
qaytarılıb.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin bugünkü plenar iclasında
müzakirə olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti
haqqında hesabatında öz əksini tapıb.
Hesabata görə, 6,5 km² ərazinin Azərbaycana qaytarılması təmin
olunub. Delimitasiya işləri nəticəsində 12.7 km uzunluğunda sərhəd
xətti müəyyən edilib və hazırda həmin kəndlərin bərpası
istiqamətində işlər aparılır.

