MSK-nın nümayəndə heyəti Qazaxıstanda referendumu müşahidə edəcək

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri
Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstan
Respublikasına səfərə yola düşüb.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və kommunikasiya
şöbəsindən Trend
verilən məlumata görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının
sədri Nurlan Abdirovun dəvəti ilə gerçəkləşdirilən səfərin əsas
məqsədi 2026-cı il martın 15-də Qazaxıstanda yeni Konstitusiyanın
qəbulu ilə bağlı keçiriləcək referendumu izləməkdir.

Səfər proqramına uyğun olaraq, Azərbaycan Mərkəzi Seçki
Komissiyası sədrinin Qazaxıstanlı həmkarı, həmçinin seçkilərin
müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki
idarəetmə orqanlarının rəhbərləri ilə ikitərəfli görüşlərinin
keçirilməsi də nəzərdə tutulur. Görüşlər zamanı qurumlararası
əlaqələrin inkişaf perspektivləri, seçkilərlə əlaqədar müxtəlif
sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi və qarşılıqlı
maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsinin
aparılması planlaşdırılır.

Azərbaycan Mərkəzi Seçki Komissiyası Qazaxıstanda yeni
Konstitusiyanın qəbulu ilə bağlı referendumun müşahidəsində
müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də təmsil olunur. Belə
ki, Komissiyanın digər nümayəndələri beynəlxalq müşahidəçi qismində
Türk Dövlətləri Təşkilatı, Türk Dövlətləri Parlament Assambleyası
və Müstəqil Dövlətlər Birliyi missiyalarının tərkibində sözügedən
referendumun müşahidəsində iştirak edirlər.

Mərkəzi Seçki Komissiyasının nümayəndələri səsvermə günü paytaxt
Astana şəhərində yerləşən məntəqələrdə referendum prosesini
müşahidə edəcəklər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir