“Qarabağ”ın legioneri Norveç klubuna keçir

Baş səhifə

Bakı. Trend:

“Qarabağ”ın futbolçusu Kris Kuaku karyerasını Norveçdə davam
etdirəcək.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Kot d`İvuardan olan 26 yaşlı yarımmüdafiəçi
“Sarpsborq” komandası ilə müqavilə imzalamağa yaxındır.




Yarımmüdafiəçi keçidi rəsmiləşdirmək üçün Norveçə yollanıb.
Transferin tamamlanması üçün yalnız tibbi müayinənin nəticəsi
gözlənilir. Tərəflərin artıq transferin bütün şərtləri üzrə
razılığa gəldikləri qeyd olunub.

Qeyd edək ki, Kris Kuaku “Qarabağ”a 2025-ci ilin yayında
keçmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir