Beynəlxalq əməkdaşlığa qarşı yönəlmiş mənfi ritorika bir çox qlobal problemlərin həllini ləngidir – Bolqarıstanın sabiq prezidenti

Baş səhifə

Bakı. Trend:

Beynəlxalq əməkdaşlığa qarşı yönəlmiş mənfi ritorika bir çox
qlobal problemlərin həllini ləngidir.

Trend xəbər verir
ki, bunu Bolqarıstanın sabiq prezidenti Pyotr Stoyanov “Keçid
dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması”
mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu çərçivəsində təşkil
olunmuş “Danışıqlardan kənarda: COP-un dayanıqlığı uğrunda
mübarizə” adlı panel iclasında deyib.

“Planlaşdırma və idarəetmədə ictimai təhlükəsizlik prinsipinin
gücləndirilməsi zəruridir. Bu prinsip yaxşı məlumdur, onilliklər
boyu sınaqdan çıxıb və milli hökumətlərin, biznesin, vətəndaş
cəmiyyətinin, həmçinin bu iştirakçıların transmilli şəbəkələrinin
artan iştirakı ilə xarakterizə olunur. Bu isə daha fəal beynəlxalq
əməkdaşlıq və çoxtərəfliliyə qarşı yönəlmiş populist meyillərə
qarşı qəti mübarizə deməkdir”, – deyə o bildirib.

P.Stoyanov qeyd edib ki, belə populizm milyonlarla insanın
ehtiyaclarına birbaşa ziddir. Onun sözlərinə görə, hazırda
milyonlarla insan müharibələrdən əziyyət çəkir və insanlar sağ
qalmaq barədə düşündükdə, istixana qazı emissiyalarının azaldılması
ideyası onlara aktual görünmür.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir