
Bakı.Trend:
2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30
yanvar tarixli 456 nömrəli Sərəncamı ilə təsdiq edilən “Bakı
şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
təkmilləşdirilməsi üzrə 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın
icrası çərçivəsində Bakı Metropoliteni tərəfindən 30 vaqon ölkəyə
gətirilib və bu vaqonların 20 ədədi istismara verilib.
Trend-in
məlumatına görə, bu, Milli Məclisin plenar iclasında müzakirə
olunan Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında
hesabatında öz əksini tapıb.
Hazırda ölkəyə gətirilən yeni vaqonların neçə ədədi metroda
istismar edilir?
Məsələ ilə bağlı “Bakı Metropoliteni “QSC”-dən Trend-ə bildirilib ki,
“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun
təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət
Proqramı”na əsasən ölkəyə gətirilən 30 vaqondan 25-i istismara
verilib.
Qurumdan əlavə edilib ki, 5 vaqonda isə sazlama işləri aparılir
və yaxın zamanda istismara veriləcək.

