
Bakı. Trend:
Kuba ABŞ ilə danışıqları davam etdirməyə hazırdır.
Trend xəbər verir
ki, bunu Kuba Prezidenti Migel Dias-Kanel mətbuat konfransı zamanı
bildirib.
Bununla belə Kuba liderinin sözlərinə görə, belə bir danışıqlar
tərəflərin bərabərliyi və bir-birinin siyasi sisteminə hörmət
prinsiplərinə əsaslanmalıdır.
Bundan əlavə, Migel Dias-Kanel ABŞ-nin Federal Təhqiqat
Bürosunun (FBI) nümayəndələrini qəbul etməyə hazır olduqlarını da
bəyan edib. Məqsəd ABŞ-yə məxsus silahlı katerin ölkənin ərazi
sularına daxil olması ilə bağlı hadisəni araşdırmaqdır.

