
Bakı. Trend:
Milli Məclis Müstəqil Dövlətlər Birliyinin (MDB) İcraiyyə
Komitəsi haqqında Əsasnaməyə dəyişikliklər edilməsinə dair
Protokolu ratifikasiya edəcək.
Trend xəbər
verir ki, bununla bağlı məsələ Milli Məclisin martın 17-də
keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Belə ki, “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş
“Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında
Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol”un təsdiq
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi plenar
iclasda müzakirəyə çıxarılacaq.

