Naxçıvan iqtisadiyyatı böyüyüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında
223,687 milyon manat dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal
edilib.

Trend bu
barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,3%
çoxdur.




Hesabat dövründə muxtar respublikada əhalinin hər nəfərinə düşən
ümumi daxili məhsulun dəyəri 473,5 manat təşkil edib ki, bu da 1 il
əvvələ nisbətən 1% çoxdur.

Qeyd edək ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda
18 milyard 473,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə
müqayisədə 0,3 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal
olunub.

Məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər
1,7 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 1,4 faiz artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir