
Bakı. Trend:
İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi
müəyyənləşib.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, “Mançester Siti”ni çalışdıran Pep
Qvardiola ötən ayın ən yaxşısı seçilib.
“Şəhərlilər” fevralda Premyer Liqada keçirdiyi 5 oyunda 4 qələbə
qazanıb, 1 heç-heçə edib.
Pep Qvardiola İngiltərə çempionatında ən çox ayın məşqçisi
seçilən 3-cü mütəxəssis olub. O, Devid Moyezi qabaqlayıb. Bu
göstəricidə “Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Sir Aleks
Ferqyuson (27) liderdir. Arsen Venger (15) isə 2-ci yerdədir.

