Naxçıvanın xarici ticarət dövriyyəsi 21%-dən çox artıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasının
xarici ticarət dövriyyəsi 20,506 milyon ABŞ dolları təşkil
edib.

Trend bu
barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər
verir.

Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,2%
çoxdur.




Hesabat dövründə muxtar respublika üzrə 2,285 milyon ABŞ dolları
dəyərində ixrac, 18,221 milyon ABŞ dolları məbləğində isə idxal
əməliyyatları həyata keçirilib.

Bu göstəricilər 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq
olaraq 98,2% və 15,5% artıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir