İsrail 150-dən çox hərbi hədəfə zərbə endirib

Baş səhifə

Bakı. Trend:

Martın 13-də İsrail Hərbi Hava Qüvvələri İranın mərkəzi və qərb
bölgələrində yerləşən hərbi hədəflərə zərbələr endirib.

Trend xəbər verir
ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.




Bəyanata əsasən, gün ərzində İsrail Hərbi Hava Qüvvələrinə
məxsus onlarla qırıcı təyyarə İranın qərb və mərkəzi hissələrində
əməliyyat həyata keçirərək İran rejiminə məxsus 150-dən çox hərbi
obyektə hücum edib.

Məlumata görə, zərbələrin endirildiyi hədəflər arasında silah
anbarları, onlarla ballistik raket və buraxılış qurğuları, pilotsuz
uçuş aparatlarının saxlanıldığı anbarlar, hava hücumundan müdafiə
sistemləri və silah istehsalı müəssisələri yer alıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir