Qadın güləşçimiz Avropa ikincisi oldu

Baş səhifə

Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında gümüş medal qazanıb.

Modern.az xəbər verir ki, 62 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finalda Rusiya təmsilçisi Amina Tandelova ilə qarşılaşıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşıb.

Bununla da Ruzanna Məmmədova Avropa ikincisi olub.

Qeyd edək ki, Azərbaycan turnirdə indiyədək 2-si qızıl, 5-i gümüş və 3-ü bürünc olmaqla ümumilikdə 10 medal qazanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir