
Bakı. Trend:
İspaniya La Liqasının 28-ci turunda “Vilyarreal” “Alaves”lə
heç-heçə edib.
Trend xəbər verir
ki, Vitoriya şəhərindəki “Mendizorroza” stadionunda keçirilən
qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra “Vilyarreal” xallarının sayını 55-ə
çatdıraraq turnir cədvəlində üçüncü yerə yüksəlib. “Alaves” isə 28
xalla 16-cı pillədə qərarlaşıb.

