
ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin İranla bağlı təklifini rədd edib.
Modern.az xəbər verir ki, bu barədə “Axios”un məlumatında deyilir.
Qeyd edilir ki, Putin tərəfindən irəli sürülən təklif belə olub: İranın zənginləşdirilmiş uranı Rusiyaya göndərilsin, bunun müqabilində isə ABŞ və İsrailin İrana qarşı hucumlarına son qoyulsun.
Nəşrin məlumatına görə, Putin bu təklifi bu həftə Trampla telefon danışığı zamanı irəli sürüb. Lakin Tramp onu qəbul etməyib.

