İranın bütün planları məhvə düçar olub – Tramp

Baş səhifə

Bakı. Trend:

İranın bütün planları məhvə düçar olub.

Trend xəbər verir
ki, bunu ABŞ Prezidenti Donald Tramp öz “Truth Social” səhifəsində
yazıb.

“İranın bütün Yaxın Şərqi ələ keçirmək və İsraili tamamilə yer
üzündən silmək planları var idi. Elə İranın özü kimi, bu planlar da
indi məhvə düçar oldu”, – Tramp qeyd edib.




İrana qarşı ABŞ və İsrail orduları tərəfindən həyata keçirilən
əməliyyatları şərh edən Ağ Ev rəhbəri, eyni zamanda bəzi ABŞ
KİV-lərini tənqid edib.

“İranın tam məğlub edildiyi və razılaşmaya gəlməyimizi istədiyi
bir vaxtda feyk xəbər mediası Birləşmiş Ştatların Silahlı
Qüvvələrinin İran əməliyyatının uğurunu işıqlandırmağa nifrət edir.
(İran razılaşma istəsə də) bu, mənim qəbul edəcəyim bir razılaşma
deyil!”,- Tramp vurğulayıb.

O, eyni zamanda İranda strateji obyektlərə endirilən zərbələrdən
görüntülər paylaşıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir