
Bakı.Trend:
Martın 13-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən
bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin
olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 163, o cümlədən borclu şəxs qismində
axtarışda olan 133 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib.
Narkotiklərlə əlaqəli 36, qanunsuz saxlanılan silah-sursatın
götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.

