WUF13 şəhərlərin qlobal liderlik tələb edən strateji prioritetlər kimi müzakirə olunmasına imkan yaradacaq – Anar Quliyev

Baş səhifə

Bakı. Trend:

Ümumdünya Şəhərsalma Forumunun (WUF13) keçiriləcəyi Bakı
Olimpiya Stadionunda işlər tamamlanma mərhələsindədir.

Trend xəbər
verir ki, bunu bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin
sədri Anar Quliyev XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən
brifinqdə bildirib.

Onun sözlərinə görə, foruma hazırlıq sürətlə davam edir:




“Olimpiya stadionu belə vacib bir tədbirin keçiriləcəyi məkan
kimi yenidən dünya ictimaiyyətinin diqqət mərkəzində olacaq. Yüksək
standartlara cavab verən obyekt olaraq stadion səmərəli
logistikanı, fasiləsiz işi və bütün iştirakçılar üçün yüksək
səviyyəli qonaqpərvərliyi təmin edəcək. Tikinti işləri tamamlanma
mərhələsindədir”.

“Stadionda 40 əsas sessiya, 350-yə yaxın paralel tədbir, eləcə
də “Urban Expo” sərgisi keçiriləcək. “Urban Expo” – sadəcə sərgi
məkanı deyil. O, dialoq, tərəfdaşlıq və praktiki əməkdaşlıq
mərkəzinə çevriləcək. Startaplar və novatorlar mənzil tikintisi
sahəsində dünyanın hər yerindən sınaqdan keçirilmiş həlləri təqdim
etmək imkanı əldə edəcəklər.

Bu forum dövlət və hökumət başçılarını bir araya gətirərək
şəhərlərin yüksək səviyyəli qlobal liderlik tələb edən strateji
prioritetlər kimi müzakirə olunmasına imkan yaradacaq. “COP29
Nazirlər Toplantısından ilhamlanaraq nazirlər, merlər və ekspertlər
arasında birbaşa dialoq üçün platforma yaradacaq, praktik həllərin
formalaşmasına və konkret nəticələrin əldə olunmasına imkan
verəcək”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir