
Bakı. Trend:
Bakı BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On üçüncü
sessiyasında (WUF13) dünyanın hər yerindən iştirakçıları qəbul
etməyə tam hazırdır.
Trend xəbər verir
ki, bunu bu gün qarşıdan gələn foruma həsr olunmuş brifinqdə
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri,
WUF13 üzrə milli koordinator Anar Quliyev deyib.
Onun sözlərinə görə, forum urbanizasiya səviyyəsinin
misligörülməmiş sürətlə artmaqda olduğu bir dövrdə keçiriləcək.
“Proqnozlara əsasən, 2050-ci ilədək dünya əhalisinin təxminən 70
faizi şəhərlərdə yaşayacaq. Bu artım innovasiya, iqtisadi inkişaf
və sosial transformasiya üçün mühüm imkanlar açsa da, eyni zamanda
şəhər mühiti üçün ciddi çağırışlar yaradır”, – deyə Quliyev qeyd
edib.
O bu gün qlobal gündəliyin mərkəzində mənzil məsələsinin
dayandığını diqqətə çatdırıb.
“Mənzil təkcə fiziki infrastruktur deyil, həm də insan
ləyaqətinin, rifahın, iqtisadi imkanların və dayanıqlılığın özəyini
təşkil edir”, – deyə o bildirib.
Quliyevin sözlərinə görə, bu vəzifələrin həlli beynəlxalq
qarşılıqlı fəaliyyətin yüksək səviyyəsini tələb edir.
“Biz əminik ki, mənzil və şəhər inkişafı məsələləri yalnız
texniki deyil, həm də ən yüksək səviyyədə həll tələb edən strateji
prioritetlərdir”, – deyə o əlavə edib.

