
Bakı.Trend:
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Məşğulluq Agentliyi və “Azfen” MMC-nin birgə təşkilatçılığı
ilə Cəbrayıl rayonunun Horovlu kəndində əmək yarmarkası
keçiriləcək.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, aktiv məşğulluq tədbiri 16 mart 2026-ci il
tarixində, saat 10:00-da Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında
Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayıl rayonunun Horovlu
kəndində yerləşən inzibati ofisində keçiriləcək.
Yarmarkada konstruksiya quraşdırıcısı və elektrik üzrə
vakansiyalar təqdim olunacaq.
Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq, habelə
Dövlət Məşğulluq Agentliyinin icra etdiyi məşğulluq proqramları
barədə ətraflı məlumat veriləcək.
Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini
təqdim etmələri mütləqdir.

