Azərbaycan-Çin strateji əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Prezidentinin köməkçisi – Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Hikmət Hacıyev Çin hökumətinin Avropa məsələləri üzrə keçmiş xüsusi
nümayəndəsi və Çinin Azərbaycandakı keçmiş səfiri Vu Hunqbo ilə
görüşüb.

Trend xəbər
verir ki, Hikmət Hacıyev bu barədə “X” sosial şəbəkə hesabında
paylaşım edib.

O bildirib ki, görüşdə Azərbaycan-Çin hərtərəfli strateji
əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb və regionda baş verən
əsas məsələləri müzakirə edilib.

“Bu, ikitərəfli münasibətlərimizin dərinliyini əks etdirən
dəyərli dialoq oldu”, – paylaşımda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir