Amsterdamda yəhudi məktəbinin qarşısında partlayış törədilib (VİDEO) (YENİLƏNİB)

Baş səhifə

Bakı.Trend:

Bu gün Amsterdamda yəhudi məktəbinin qarşısında törədilən
partlayışa görə məsuliyyəti “Haqqın Yoldaşları İslam Hərəkatı” (The
Islamic Movement of the Companions of the Right) qruplaşması öz
üzərinə götürüb.

Trend bu barədə
“Times of Israel”ə istinadən xəbər verir.

Qruplaşmanın “X” səhifəsində yaydığı görüntüdə kustar üsulla
hazırlanmış partlayıcı qurğunun binanın qarşısında tədricən
alışdığını sonra anidən partlayışın baş verdiyini görmək olur.

xxx

11:01




Niderlandın Amsterdam şəhərində yerləşən yəhudi məktəbinin
qarşısında partlayış törədilib

Trend “Times of
Israel”ə istinadən xəbər verir ki, Amsterdam meri Femke Halsemanın
bildirdiyinə görə, partlayış zamanı binaya yalnız məhdud ziyan
dəyib.

Məlumata görə, hadisə yerinə çox sayda polis dəstələri və
yanğınsöndürmə briqadası səfərbər olunub. Zərərçəkənlərin
olub-olmaması ilə bağlı məlumat verilmir.

Polis partlayıcı qurğunu işə salan zaman kameraya düşmüş bir
şübhəlinin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş
aparır.

Qeyd edək ki, bundan bir gün əvvəl Rotterdam şəhərinin
qarşısında oxşar partlayış törədilmişdi. Həmin hücumla əlaqədar 4
nəfər saxlanılmışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir